Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında çıxışını başa vurub.

Offsideplus.az xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi 5-ci pilləni tutub.

Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.