2024-cü ildə Parisdə baş tutacaq Yay Olimpiya Oyunlarının proqramı məlum olub.
Offsideplus.az xəbər verir ki, ilk medal sahibləri iyulun 27-də müəyyənləşəcək. İdmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, skeytbordinq, üzgüçülük, suyatullanma, reqbi və atıcılıq üzrə mübarizəyə start verəcəklər. Olimpiadanın sonuncu günü olan avqustun 11-i tarixi isə güləş, yüngül atletika (marafon), basketbol, su polosu, trek velosiped idmanı, beşnövçülük və həndbol yarışları keçiriləcək.
Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək olan müddəti əhatə edəcək.