Tokio 2020 Yay Paralimpiya Oyunlarında doqquzuncu yarış günü yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, komandamız gün ərzində aktivinə yeni medal əlavə edə bilməyib.
Bununla belə, millimiz 11 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu sıradakı mövqeyini qoruyub. Lider isə 77 "qızıl", 46 "gümüş", 44 "bürünc"lə Çin yığmasıdır.
Qeyd edək ki, paralimpiadaya sentyabrın 5 də yekun vurulacaq.