Qadın güləşçimiz Mariya Stadnik (50 kq.) Tokio-2020-də "bürünc" qazanması barədə təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz üçüncü olduğuna görə özünü xoşbəxt hesab etdiyini dilə gətirib: “Dünən finala yüksələ bilmədiyim üçün məyus idim. İndi isə qazandığım medalın fərqindəyəm. Nə qədər idmançı mənim yerimdə olmaq istəyər. Allaha şükür edirəm ki, mənə bu medalları və belə idmançı karyerası nəsib etdi. Bu gün çox xoşbəxtəm. Üçüncü yeri tutsam da, elə hiss var ki, sanki çempion olmuşam”.

Xatırladaq ki, Stadnik bürünc medal uğrunda görüşdə Namuuntsetseq Oçiri (Monqolustan) ilə qarşılaşıb və rəqibinə 10:0 hesabı ilə qalib gəlib.