Tokio-2020 Olimpiya Oyunlarında 67 kq çəki dərəcəsində yunan-roma güləşi üzrə gümüş medal qazanan Ukrayna təmsilçisi Pərviz Nəsibova veriləcək pul mükafatının məbləği açıqlanıb.

Offsideplus.az "Report"a istinadən xəbər verir ki, Ukrayna Gənclər və İdman Nazirliyi "gümüş" qazandığı üçün azərbaycanlı Pərviz Nəsibova 80 min dollar mükafat verəcək. 

Qeyd edək ki, nazirlik qızıl medal sahibinə 125 min dollar, bürünc medal sahibinə isə 55 min dolları ödəniş edəcək.