Su idman növləri üzrə XIX dünya çempionatı təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA) 2021-ci il iyunun 16-dan iyulun 1-dək Yaponiyanın Fukuoka şəhərində təşkil olunmalı yarışı bir il sonraya keçirib. Çempionat mayın 13-29-da keçiriləcək.
Qeyd edək ki, buna səbəb koronavirus pandemiyası üzündən Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsidir. Yaponiya paytaxtındakı bu mötəbər yarışı iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.