Apellyasiya Arbitraj Tribunalı növbəti qərarlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Qərarları təqdim edirik:
1. Şikayətçi Sumqayıt Futbol Klubunun apellyasiya şikayəti təmin edilməsin.
2. 01.12.2024-cü il tarixdə AFFA Gənclər Liqasında keçirilən Sumqayıt FK - Zirə PFK oyununda Sumqayıt FK komandasının baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə onun 5 oyun cəzalandırılması (2024/2025 mövsümü üçün təsdiq edilmiş AFFA İntizam Məcəlləsinin 43.4-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 05 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.