Jonatan Devid karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, hücumçu ilə "Fənərbağça" yaxından maraqlanır.

Kanadalı forvardın "Lill" ilə müqaviləsi mövsümün sonu başa çatır. Hücumçu komandası ilə yeni saziş imzalamayıb.

En-Neserinin transferi həll olunsa, İstanbul klubu Devid rənglərinə bağlamağa çalışacaq.

Oyunçunun dəyəri 45 milyon avrodur. Lakin müqavilə şərtlərini nəzərə alan "Fənərbağça" hücumçunu daha ucuz qiymətə transfer etmək niyyətindədir.

Qeyd edək ki, Devid bu mövsüm 26 matçda 17 qol vurub, 5 məhsuldar ötürmə edib.