Bu mövsüm uğurlu çıxış etməyən "Neftçi" rəhbərliyi indidən gələcəyin komandasını qurmağa çalışır.

Offsideplus.az xəbər verir ki, cari "futbol ili"ndə əsas hədəf avrokuboklara vəsiqə qazanmaq və Azərbaycan Kubokunda qalib olmaq olan flaqmanın idarəçiləri fasiləni nəzərə alaraq yeni futbolçuların axtarışına başlayıb.

Bakı təmsilçisinin əsas hədəflərindən biri "Sabah"ın üzvü Coy-Lens Mikelsdir. Samir Abasov almaniyalının performansını çox bəyənir. Çalışdırıcı Kilian Lebonun çıxışından narazıdır. Baş məşqçi vingerin komandadan göndərilməsini istəyir. Samir Abasov Kilian Lebonun gedişini Mikelsin gəlişi ilə əvəzləməyə düşünür. 

Klub rəhbərliyi oyunçunun agentləri ilə danışıqlara başlayacaq. Qışda keçid baş tutmasa, "Neftçi" yayda yenidən oyunçunun transferinə cəhd edəcək.  Çünki 30 yaşlı vingerin "Sabah"la müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.

Qeyd edək ki, Mikels bu mövsüm "bayquşlar"ın heyətində 22 matçda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.