Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, qurum federasiyanın bayrağı altında keçirilən aşağı yaş liqaları ilə bağlı qərarlar qəbul edib:

20 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Kəpəz PFK-Neftçi PFK oyununda Neftçi PFK komandasının heyətində N1 futbolçu Ramil Sazanov qarşılaşmanın 56-cı dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)

 

21 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Lion PFK-Asta FK oyununda Lion PFK komandasının heyətində N7 futbolçu Hüseyn Hüseynov qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)

 

21 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Lion PFK-Asta FK oyununda Asta FK komandasının heyətində N3 futbolçu Rəsul Quliyev qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)

 

23 dekabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Dinamo(Bakı) FK-Şamaxı FK oyununda Dinamo(Bakı) FK komandasının heyətində N5 futbolçu Yusif Əliyev qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)

 

21 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Sabah FK –Ulduz FA oyununda Ulduz FA komandasının heyətində N19 futbolçu Qərib Qürbətzadə qarşılaşmanın 80-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

 

21 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən EFA – Təhsil N8 İOEUGİM oyunu zamanı Təhsil N8 İOEUGİM komandasının azarkeşləri tərəfindən oyun boyu hakimlərin ünvanına nalayiq sözlər işlədildiyinə görə İOEUGİM komandasına xəbərdarlıq edilir (maddə 43.7)

 

22 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Çinar(Göyçay) –Mil(Beyləqan) oyununda Çinar(Göyçay) komandasının heyətində N9 futbolçu İbrahim Şəfiyev qarşılaşmanın 70-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.3)

 

22 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Kürmük(Qax) – Qax 1967(Qax) oyunu Qax 1967(Qax) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutması üçün Qax 1967(Qax) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);

 

21 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Xudat City FA –UGİM(Siyəzən) oyununda Xudat City FA komandasının heyətində N17 futbolçu Zakir Babazadə qarşılaşmanın 58-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

 

21 dekabr 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən Hünər FK –Yasamal FM(Şəmkir) oyununda Hünər FK komandasının heyətində N9 futbolçu Əziz Bayramov qarşılaşmanın 48-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)

 

21 dekabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilən Uğur(Sumqayıt)-İOEUGİM(Sumqayıt) oyununda Uğur(Sumqayıt) komandasının baş məşqçisinin köməkçisi Rəşid Ağazadə meydana daxil olaraq hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 42.3)