Sead Kolaşinaç karyerasını Türkiyədə davam etdirə bilərmiş.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Haber Global" yayıb.
Bosniyalı müdafiəçi "Fənərbağça"ya təklif olunub. Lakin İstanbul klubu bu keçidə razılıq verməyib.
Qeyd edək ki, Kolaşinaç bu mövsüm "Atalanta"nın heyətində 18 qarşılaşmada 1 qol vurub, 3 məhsuldar ötürmə edib.