Premyer Liqanın XVIII turu çərçivəsində "Çelsi" "Fulhem"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, meydan sahibləri görüşə üstün başlasa da sona qədər qoruya bilməyib.
Qarşılaşmanın 16-cı dəqiqəsində Kol Palmer hesabı açıb. Lakin qonaqlar oyunun sonlarında 2 qol vuraraq əzmkar qələbə qazanıb.
82-ci dəqiqədə Harri Vilson, əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə isə Rodriqo Muniz fərqlənib. Görüş "Fulhem"in "1-2" hesablı qalibiyyəti ilə yekunlaşıb.