Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, zədəli olduğu üçün futboldan uzaq qalan oyunçu ilə "Betis" maraqlanır.
Məlumatı "Fichajes" nəşri yayıb. Sevilya təmsilçisi oyunçunun illik 10 milyon avro qazanmasından narahatdır.
Qeyd edək ki, İkardinin "Qalatasaray"la 2026-cı ilə qədər müqaviləsi var.