Mövsümün sonu "Qalatasaray"dan ayrılacağı gözlənilən Fernando Muslera daha bir klubun "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "Boka Xuniors" uruqvaylı qapıçı ilə maraqlanır. Bu barədə Argentina klubuna yaxın medialardan biri olan "Boka Noticias" məlumat yayıb.

Klubun qapıçısı Serxio Romeronun komandadan ayrılmaq ehtimalı Musleranın transferinə zəmin yaradıb.

Həmçinin Uruqvayın "Penarol" klubunun da təcrübəli qolkiperi heyətində görmək istəyi ilə bağlı da xəbərlər yayılmışdı. 

Qeyd edək ki, Muslera "Qalatasaray"ın heyətində 530 oyuna çıxıb və 1 qola da imza atıb. 187 matçda qapısını toxunulmaz saxlayıb.