Jorje Jezus uzun müddət sonra zədədən qayıdan Neymara komandada yer açmaq üçün göndərəcəyi oyunçunu müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Kalidou Kulibalinin müqaviləsinə xitam verilməsi və ya 2026-cı ilin sonuna qədər icarəyə göndərilməsini qərara alıb.Bu barədə "Daily Mail" məlumat yayıb.
Kulibali 2023-cü ilin yazında 23 milyon avro qarşılığında Əl-Hilala transfer olunmuşdu.
Qeyd edək ki, Kladiou 2024/25 mövsümündə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 19 matçda meydana çıxıb və 1 qola imza atıb.