Toral Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, müdafiəçi ilə Super Liqa təmsilçisi maraqlanır. Söhbət "Trabzonspor"dan gedir. Məlumatı "Fotomac" yayıb.
Qara dəniz təmsilçisi sol cinah müdafiəçisi axtarır. Bu səbəbdən də klubun skautları millimizin üzvünü izləyirlər.
Qeyd edək ki, Toral Bayramov bu mövsüm 29 qarşılaşmada qol vurub, 6 məhsuldar ötürmə edib.