İngiltərə Premyer Liqasının 18-ci turunda "Liverpul" "Lester"i 3:1 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, bununla da mersisaydlılar məğlubiyyətsizlik seriyasını 22-yə çatdırdı.

Komanda 19 qarşılaşmada qələbə qazanıb, 3 heç-heçə edib.

"Liverpul" sonuncu dəfə sentyabrın 14-də "Nottingem Forest"ə uduzub - 0:1.