Şimali Makedoniya millisinin üzvü İqor Aleksoviski karyerasını Azərbaycanda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, qolkiperlə "Səbail" maraqlanır. Paytaxt təmsilçisi 29 yaşlı futbolçuya rəsmi təklif göndərib.

Qapıçının "Rabotniçki" ilə müqaviləsi bu ilin dekabrın 31-də başa çatır. Futbol mövsüm ərzində 18 qarşılaşmada meydana çıxıb. Qapısından 8 top buraxıb. 10 matçda isə qapısını toxunulmaz saxlayıb.

İqor millinin heyətində 3 qarşılaşmaya çıxıb.