I Liqanın XI turunda "Difai" MOİK-ə məğlub olub - 0:1. 

Offsideplus.az xəbər verir ki, bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında görüşlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Oyunun 63-cü dəqiqəsində “Difai”nin 73 nömrəli futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub klubu 50 manat cərimə edilir (maddə 36.5);

Görüşün 73-cü dəqiqəsində meydan sahiblərinin 55 nömrəli futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 150 manat cərimə edilir (maddə 39.1);

Qarşılaşmanın 90+3-cü dəqiqəsində “Difai”nin heyətində adı matçın protokolunda olmayan 10 nömrəli futbolçu Tahir Zeynalov oyuna daxil olduğuna görə “Difai”yə 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimə edilir (maddə 61.6).