I Liqanın XI turunda "Mingəçevir" "Qəbələ"yə məğlub olub - 0:2.

Offsideplus.az xəbər verir ki, bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında görüşlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Görüşün 89-cu dəqiqəsində “Mingəçevir”in 18 nömrəli futbolçusu Elvin Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 50 manat cərimə edilir (maddə 36.5);

Oyunun 90-cı dəqiqəsində meydan sahiblərinin 7 nömrəli futbolçusu Aqil Nəsibov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 50 manat cərimə edilir (maddə 36.5).