Azərbaycanın iki avarçəkəni Füzulidə ilk dəfə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirində medal qazanıb.
Offsideplus.az xəbər verir ki, Aşağı Köndələnçay su anbarında təşkil edilən yarışda kayak növündə Amil Ramazanov birinci yeri tutub.
Cavid Vəlizadə isə kanoe növündə bürünc medal əldə edib. Hər iki idmançı 200 metr məsafədə fərqlənib.
Turnirin birinci günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil edilən turnirə oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.