Misli Premyer Liqasının 18-ci turunda "Turan Tovuz" "Neftçi" ilə heç-heçə edib - 2:2.
Offsideplus.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında görüşlə bağlı aşağıdakı qərar qəbul edilib:
Meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Boz qurd” komandası 700 manat cərimə edilir (maddə 37).