"Fənərbağça" En-Neserini satmaq niyyətində deyil.
Offsideplus.az xəbər verir ki, klub hücumçunu transfer etmək istəyən "Əl-Nəsr"dən 40 milyon avro tələb edib. Ərəblər isə 35 milyon avro ödəməyə hazır idilər.
Ümumiyyətlə, "Fənərbağça" rəhbərliyi En-Neserini satmaq istəmir. Hücumçunun qışdan sonra Komandaya daha çox xeyir verəcəyi düşünülür.
Qeyd edək ki, En-Neseri bu mövsüm 24 qarşılaşmada 9 qol vurub, 3 məhsuldar ötürmə edib.