COVİD-19 epidemiyası səbəbindən dayandırılan İtaliya A Seriyası klublarının məşqlərə başlayacağı vaxt məlum olub.
Offsideplus.az xəbər verir ki, ölkənin baş naziri Cüzeppe Konte mayın 4-dən karantin rejiminin şərtlərinin yumşaldılacağını bildirib.
Sözügedən tarixdən etibarən futbolçular fərdi məşqlərə başlaya biləcəklər. Mayın 18-dən isə komanda məşqlərinə icazə veriləcək.