"Araz-Naxçıvan" klubu baş məşqçisi Elmar Baxşıyevlə yolların ayrıldığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
E. Baxşıyev 2024-cü ilin yayından Naxçıvan təmsilçisini çalışdırırdı.
Komanda onun rəhbərliyi altında 2024.25 mövsümündə Misli Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.



