Milli komandaların matçları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə başa çatıb və çempionatda 2-ci dövrəyə – 12-ci tura start verilib.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Kəpəz”i qəbul edib. Yevlax təmsilçisi bu qarşılaşma ilə birlikdə 16 ildən sonra Premyer Liqa oyunlarını yenidən təmirdən çıxmış doğma stadionunda keçirməyə başlayıb. Qarşılaşma “Kəpəz”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə sayəsində Gəncə təmsilçisi turnir cədvəlinin son pilləsindən qurtularaq, həm “Karvan-Yevlax”ı, həm də ehtiyatda bir oyunu olan “Qəbələ”ni qabaqlayıb və 10-cu yerə yüksəlib.
Günün digər görüşündə isə lider “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Bu oyuna qədər bir oyun az keçirən Ağdam klubunun aktivində hazırda 23 xal, meydan sahiblərinin isə 20 xal var idi. Azarkeşlərin böyük maraq göstərdiyi matç saat 19:00-da start götürüb.
21 noyabr (cümə)
19:00 — “Sumqayıt” – “Qarabağ” 2:4
Qollar: Leandro Andrade, 6-cı dəqiqə (0:1), Höccət Haqverdi, 32-ci dəqiqə (1:1), Toral Bayramov, 42-ci dəqiqə (1:2), Abdullah Zubir, 63-cü dəqiqə (1:3), Nsana Simon, 83-cü dəqiqə (2:3), Aleksey Kaşuk, 90+3-cü dəqiqə (2:4)
Qırmızı vərəqə: Rayan Senhadji, 59-cu dəqiqə ("Sumqayıt")
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Məkan: Mehdi Hüseynzadə adına Sumqayıt stadionu
14:00 — “Karvan-Yevlax” – “Kəpəz” 1:2
Qollar: Luis Paçu, 14 (0:1); Araz Abdullayev, 31 (1:1); Rauf Hüseynli, 76-pen. (1:2)
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Məkan: Yevlax şəhər stadionu
22 noyabr (şənbə)
15:00 — “Araz-Naxçıvan” – “Turan Tovuz”
17:30 — “Zirə” – “Qəbələ”
23 noyabr (bazar)
15:00 — “Sabah” – “Şamaxı”
17:30 — “Neftçi” – “İmişli”



