"Kəpəz" Misli Premyer Liqasının XII turunda səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov qələbəni Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terrordan sağ çıxan Nilay Əliyevaya həsr edib:

"İki gün əvvəl Nilay balamızın doğum günü idi. Bu qələbəni də ona həsr edirik. Səfərdə rəqibin azarkeşləri önündə oynamaq çətindir. Azarkeşlərə oyuna maraq qatdıqları üçün təşəkkür edirəm. Maraqlı oyun oldu. Oyunun qırılma anı topu boş qapı xəttindən çıxardığımız epizod oldu".

Qeyd edək ki, "Kəpəz" bu qalibiyyətlə sonuncu pilləni tərk edib.