Misli Premyer Liqasının VI turuna yekun vurulub.

Offsideplus.az xəbər verir ki, qapanış matçında "Sabah" "Sumqayıt"ı qəbul edib.

Görüşdə hesabı "bayquşlar" açsa da, üstünlükləri uzun çəkməyib.

Rüstəm Əhmədzadə "status-kvo"nu bərpa edib.

Oyunda başqa qol olmayıb - 1:1.

"Sumqayıt" 11 xalla 3-cüdür. Bir oyun az keçirən "Sabah" isə 8 xalla 6-cı yeri tutur.

Misli Premyer Liqası, VI tur

28 sentyabr (bazar)

19:00. "Sabah" – "Sumqayıt" 1:1 

Qol: Coy-Lens Mikels, 26 - Rüstəm Əhmədzadə, 35

-- Görüşün 29-cu dəqiqəsində işıqlar sönüb.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ramil Diniyev.

"Bank Respublika Arena"