Misli Premyer Liqasının V turunda "Sumqayıt" evdə "Neftçi"yə 0:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Sumqayıt təmsilçisinin baş məşqçisi Saşa İliç matçla bağlı fikirlərini bölüşüb:

"Neftçi"ni ilk olaraq təbrik etmək istəyirəm. Bu gün maraqlı oyun oldu. Biz bəzi fürsətlərdən istifadə etmədik. Bir neçə yeni futbolçuya şans verdik. Çox yersiz qol buraxdıq, lakin bu, futboldur".

S.İliç futbolçu olduğu dönəm "Neftçi"yə qarşı oynadığı günləri xatırlayıb: "Həmin görüşlər tamamilə başqa bir şey idi. Məşqçi və futbolçu təcrübəsi fərqlidir".