AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov Misli Premyer Liqasının XIII turunda keçirilən oyunlarda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Həsənov qurumun mətbuat xidmətinə verdiyi açıqlamada, “Turan Tovuz” – “Neftçi” (0:0), “İmişli” – “Sabah” (0:3), “Qarabağ” – “Karvan-Yevlax” (2:0), “Şamaxı” – “Sumqayıt” (1:2) və “Qəbələ” – “Araz-Naxçıvan” (2:1) matçlarında baş verən ümumilikdə 5 mübahisəli epizodu şərh edib.

Komitə sədri xüsusilə “Turan Tovuz” – “Neftçi” oyununda baş hakim Fərid Hacıyevin meydan sahiblərinin qapısına təyin etdiyi penaltinin yanlış olduğunu, VAR müdaxiləsindən sonra qərarın dəyişdirilməsinin isə doğru addım olduğunu vurğulayıb.