Məşhur türkiyəli şərhçi Ertem Şener "Neftçi" klubunu ziyarət edib.

Offsideplus.az xəbər verir ki, o, Vensan Abubakardan müsahibə alıb və bu müsahibəsini yutub kanalında paylaşıb.

Abubakar niyə "Neftçi"yə gəldiyi sualını cavablandırdı və Bakı, Azərbaycan, Azərbaycan Liqası haqqında fikirlərini bölüşüb.

O, Misli Premyer Liqasını əslində kənardan asan görünsə də, çətin liqa adlandırıb.