“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunun həm gedişindən, həm də yekun nəticəsindən razılığını bildirib. 

Offsideplus.az xəbər verir ki, o, “Neftçi” ilə qarşılaşmada göstərilən sürətli futbolu yüksək qiymətləndirib, xüsusilə ikinci hissədə komandanın performansının yaxşılaşdığını vurğulayıb. 

Qurbanov əlavə edib ki, azarkeşlərin dəstəyi komandaya güc verir və oyun tempinin düşməməsi vacibdir: 

"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Çempionatın gedişatında hər xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda çox yaxşı, çox bərk kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Rəqib qırmızı vərəqə ilə cəzalandırıldı, penalti vurmaq hüququ qazandıq. Sanki bunlar işimizi bir az da asanlaşdırdı. "Araz-Naxçıvan"ın çox təhlükəli hücum xətti var. Hansı ki, istənilən an qapında qol görə bilərsən. Futbolçularım bəzi anlarda diqqətsizlik etdilər. Ancaq ümumi olaraq, oyunun gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Ən azından stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək oldular. Elmar Baxşıyev və komandasına uğurlar arzulayıram". 

- Marko Yankoviç uzun müddətə sıradan çıxdı. Kadi Borgesin yenidən o mövqedə oynayacağını düşünmək olar?
- "Ehtimal var. Amma qarşıdakı matçda da baxacağıq. Kris Kuaku, Pedro Bikalyoya da baxacağıq. Görək hansı idman formasında olacaqlar. Rəqibi də tam analiz etdikdən sonra ona uyğun addım atacağıq."