"Sumqayıt" Azərbaycan milli komandasında forma geyinmiş Höccət Haqverdini heyətinə cəlb edib. 

Offsideplus.az xəbər verir ki, klub müdafiəçi ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, "Sumqayıt"da "3" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, H.Haqverdinin son klubu "Neftçi" olub. O, 2020/21 mövsümündə "Sumqayıt"la bürünc medal qazanıb, komandanın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.