Misli Premyer Liqasının III turunda "Zirə" "Kəpəz"ə 5:0 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

"Futbolçularımı təbrik etmək istəyirəm. Vacib 3 xal qazandıq. fasilədən öncə qələbə vacib idi. Azarkeşlərimizə bunu verdik, sevindirdik. 2 komanda arasında nə kimi fərq sezilirdi? Biz daha yaxşı hazırlıqlı idik. İyunun ortrasından hazırlıqlara başlamışıq. Düşünürəm ki, "Kəpəz" 3-4 turdan sonra təhlükəli komandaya çevriləcək. Bizim üçün vacib idi ki, oyuna ciddi yanaşıb qələbə qazanaq. Artıq iki ay yarımdır ki, komanda oyunlar keçirir. Yoxsa nəticə bu iki komanda arasında göstərici deyil. "Kəpəz"ə uğurlar arzulayıram".

Mütəxəssis bugünkü matçdakı əvəzetmələr barədə bu sözləri deyib: 

"İsmayılı bir az qoruyub, Konateyə şans verdik. özünü o mövqedə yaxşı göstərdi. Komandaya ilk gəlişində bəzən sistem dəyişikliyi olacağını ona demişdik. Buna hazır olmadığını demişdim. Uzun fasilədən sonra başqa mövqedən yaxşı çıxış edib, bizi sevindirdi. Mikels oyuna inamlı daxil oldu. Əvvəlki oyunlarda da ona şans vermək istəyirdim. Risk etmədik. Məşqlərdə özünü inamlı hiss edir, istər Mikels, istər Boqomolski oyuna yaxşı qoşuldular. Hücumdakı rəqabəti artırmaq istəyirik. Zədələr yaşanır, itkilər olanda bunu hiss etməmək üçün tonusda olmaq lazımdır. Sonradan meydana daxil olan futbolçular mənim üçün çox vacibdir".