"Qarabağ"ın formasını geyinən Aleksey İsayev "Sabah"ın, klubun prezidenti Maqsud Adıgözəlovun zədəli olduğu zaman karyerasındakı rolundan danışıb. 

Offsideplus.az xəbər verir ki, o, Championat.ru saytına müsahibəsində zədələndiyi dönəmdən danışıb: 

 "Mən hələ “Sumqayıt”dan “Qarabağ”a keçməli idim, amma təəssüf ki, məzuniyyətdə həyətimizdə oynayarkən beşinci pəncə sümüyümü sındırdım. Həmin an bir az qorxdum, elə bil ki, komandam qalmadı deyə düşündüm. Elə bu vaxt “Sabah” mənimlə əlaqə saxladı. Klubun prezidenti Maqsud Adıgözəlovla görüşdük. O insan da mənim karyeramda böyük rol oynadı. O, məni zədəli halda komandaya götürdü. Mən “Sabah”a əsa ilə gəldim, əməliyyat olundum, sağaldım və oynamağa başladım", deyə A.İsayev bildirib. 

Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü 2020-ci ildə "Sumqayıt"dan "Sabah"a transfer olunub. O, 2024-cü ildən "Qarabağ"ın formasını geyinir.