Misli Premyer Liqasının I turunda "Turan Tovuz" "İmişli"ni minimal hesabla səfərdə məğlub edib: 0:1.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra baş tutan mətbuat konfransında qələbəni şərh edib: 

"İlk oyun həmişə ağır olur. Rəqib yaxşı müdafiə olunurdu. Şükür Allaha, qələbə qazandıq. Alexandro Serrano və İbrahima Vadji komandaya müəyyən qədər gec qoşuldular. Bir qədər vaxt lazımdır. İnşallah, hər şey yaxşı olacaq".