"Neftçi" növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Falaye Sakonu heyətinə cəlb edib. Malili futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

F. Sako son 3 mövsümü Fransanın "Monpelye" klubunda keçirib.

30 yaşlı sağ cinah müdafiəçisi Mali yığmasının heyətində 42 oyuna çıxıb və 2 qol vurmağı bacarıb.