"İmişli" klubu növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, bölgə klubu Yau Mozesi heyətinə cəlb edib. Qanalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı Mozes son olaraq Portuqaliyanın "Torrense" klubunda çıxış edib. O, yarımmüdafiəçi mövqeyində çıxış edir.



