"Neftçi" klubundan ayrılan Yeqor Boqomolski karyerasını "Zirə"də davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Bu barədə "qartallar"ın rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, belaruslu futbolçu karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo”(Brest), “Rux”, “Minsk”, son olaraq “Neftçi” klubunda çıxış edib.