Misli Premyer Liqasında mübarizə aparan "Şamaxı" rəhbərliyi Alfons Mabula Msanqa ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı tanzaniya futbolçu 2025/2026 mövsümündə də Şamaxı təmsilçisinin şərəfini qoruyacaq.
O, bu ilin yanvarında "6 ay+1 il" şərti ilə transfer olunmuşdu.
Yarımmüdafiəçi "Şamaxı"dan öncə Serbiyanın "Spartak" və "Novi Sad" klublarında forma geyinib.
Qeyd edək ki, "Şamaxı" 2024/2025 mövsümü başa çatdıqdan sonra 2 legioneri - Brahim Konate və Leroy Mikelslə yollarını ayırıb.