"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova yeni planşet hədiyyə edilib.

Offsideplus.az xəbər verir ki, "Araz-Naxçıvan"la Azərbaycan Kuboku uğrunda matçda "iPad"ini qıran təcrübəli mütəxəssisə futbolçuları tərəfindən yenisi verilib.

Əlavə edək ki, "Qarabağ" həmin matçda Naxçıvan təmsilçisinə minimal hesabla məğlub olub - 0:1. Hakimin verdiyi penalti qərarına əsəbləşən Q. Qurbanov əsəbini cilovlaya bilməyib və hirsini planşetdən çıxarıb.