Misli Premyer Liqasının XII turunda "Qarabağ" "Səbail"i 5:0 hesabla məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov matçı şərh edib:
"2 dəfə ardıcıl "Qarabağ"la qarşılaşdıq. Kubok oyunundan sonra 3 gün fasilə idi. Komanda üçün çətin olduğunu bilirdim. 60-65 dəqiqə yaxşı oynadıq. Heyətimiz kasaddır. Məşqdə 15 nəfər iştirak etmişdik, zədələrimiz də var. Kubokun bu oyuna təsiri oldu, ona görə də bu gün 90 dəqiqə gücümüzü göstərə bilmədik. Fərqli hal olsaydı, 90 dəqiqə mübarizə apara bilərdik".