Misli Premyer Liqasının 19-cu turunda “Neftçi” və “Sabah” sülhə razılaşdı - 1:1.
Offsideplus.az xəbər verir ki, “ağ-qaralar”ın yeni transferi Ryonosuke Ohori Masazır təmsilçisi ilə oyundan sonra açıqlama verdi. Yaponiyalı saytımıza açıqlamasında debütü haqqında bunları dedi:
“Bir az çətin idi, cəmi 10 dəqiqə oynadım. Amma addım-addım irəliləyirəm. Yavaş-yavaş formaya düşürəm. Növbəti oyunda daha yaxşı olmağı ümid edirəm.”
Yaponiyalı növbəti tur səfərdə qarşılaşacaqları “Araz-Naxçıvan”la görəş barədə danışdı : “Evdə və ya səfərdə olmasının fərqi yoxdur. Müdafiəyə diqqət yetirəcəyik. Yaxşı hücumlar qurub, qalib gəlməyə çalışacağıq.”