Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Araz-Naxçıvan" səfərdə "Şamaxı"ı ilə qarşılaşıb. Görüş qonaqların minimal hesablı - 0:1 qələbəsi ilə yekunlaşıb. Muxtar Respublika təmsilçisinin yarımmüdafiəçisi Vadim Abdullayevlə əlaqə saxlayıb görüş barədə nə düşündüyünü soruşduq.
Onun Offsideplus.az-a açıqlaması belə oldu:
"Ağır səfər matçı oldu. Bizim üçün asan oyun anlayışı yoxdur. Hər zaman bütün gücümüzü oyuna qoyub nəticə üçün mübarizə aparmalıyıq. Komanda çalışdı və üç xalı əldə elədi. Əsas odur ki, istədiyimiz nəticəni qazandıq. Bir neçə gün əvvəl dizimdən zədə aldığım üçün ağrılarla matça çıxmışdım".