"Neftçi" transfer çalışdırmalarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bir neçə futbolçu ilə danışıqlar aparır. Bunlardan biri də seneqallı Mussa Konedir. Hazırda azad agent olan 27 yaşlı forvardın son klubu LASK olub.

Forvard karyerası ərzində "Dinamo" (Drezden, Almaniya), "Sürix" (İsveçrə), "Dunayska Streda" (Slovakiya), "Nim Olimpik" (Fransa) klublarında çıxış edib.

Kone 241 rəsmi matçda 83 qol vurub, 22 məhsuldar ötürmə edib.

View this post on Instagram

A post shared by Moussa Koné (@14moussakone)