Neftçi” – “Sabah” oyununa giriş sərbəst olacaq.

Offsideplus.az xəbər verir ki, bunu Bakı klubun mətbuat xidməti açıqlayıb.

Misli Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutacaq oyunu izləmək istəyən azarkeşlər bilet almadan tribunalarda yer tuta bilərlər.

Qeyd edək ki, qarşılaşma avqustun 18-də, saat 20:30-da “Liv Bona Dea Arena”da keçiriləcək.