"Zirə" Azərbaycan Premyer Liqasında 400-cü qolunu vurub.

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının XXXIII turunda keçirilən "Araz-Naxçıvan"la səfər matçı (2:3) "Zirə" üçün yubileylə əlamətdar olub. Komandanın çempionat tarihindəki 400-cü qoluna Junior Martins imza atıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bununla da "Zirə" yüksək dəstədə 400 qol səddini keçən 10-cu klub olub. Bakı təmsilçisi bu göstəriciyə 337-ci matçında çatıb (evdə 218, səfərdə 182 qol).

Qeyd edək ki, 2015/2016 mövsümündə debüt edən qəsəbə klubunun Premyer Liqadakı ilk qolunu isə 2015-ci il avqustun 9-da AZAL-la görüşdə (1:0) Viktor İqbekoyi vurub.