Misli Premyer Liqasında ötən ayın ən yaxşı qolunu vuran Ryonosuke Ohori ("Kəpəz") mükafatlandırılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Mükafatı "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.