“Azər Bağırovu və komandasını təbrik edirəm”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XVII turunda “Kəpəz”ə qarşı keçirdikləri matçdan sonra deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

 “Yaxşı mübarizə apardılar və layiqli qalibiyyəti qazandılar. Çox istəkli idilər. Futbolçularıma gəlincə, alınmayanda alınmır. Əziyyət çəkdilər, yoruldular. Təbii ki, çempionatın ikinci hissəsinə daha yaxşı başlamaq istəyirdik. Bütün matçlara maksimum hazırlıq, maksimum motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə “Liverpul”la matça hazırlaşmalıyıq. Komandalar daha təcrübəli olublar. Bir-birini daha yaxşı tanıyırlar. Daha aktiv, məsuliyyətli olmalıyıq. Mübarizə aparacağıq. Hər bir xal dəyərlidir”.

Qeyd edək ki, matç Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.