Azərbaycanı UFC-də təmsil edən Tofiq Musayev azarkeşlərə müraciət ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, iyunun 21-də Bakıda keçirilmiş UFC Döyüş Gecəsində debüt edən Tofiq Musayev açıq hava məşqində fanatlara dəstəklərinə görə təşəkkürünü çatdırıb. 

"Açıq hava məşqimdə, sizin o sonsuz sevginiz, səsiniz, baxışınız – mənim üçün ən böyük qələbə idi. Hər kəsin içindən gələn o güc, o dəstək mənə tək olmadığımı göstərdi. Məni sevən, mənə inanan hər kəsə təşəkkür edirəm. Sizin üçün döyüşməyə, çalışmağa və yenidən zirvəyə yüksəlməyə davam edəcəyəm. Bu yol bizim yolumuzdur… və hələ son sözümüzü deməmişik!", - deyə 35 yaşlı döyüşçü sosial şəbəkə hesabında qeyd edib. 

Qeyd edək ki, Tofiq Musayev Bakıda keçirilən Döyüş Gecəsində qırğızıstanlı idmançı Mıktıbek Orolbaya məğlub olmuşdu.